Əmanətçilərə xoş xəbər

Əmanətçilərə xoş xəbər


Banklarda olan əmanətlərin sığortalanması mexanizmi dəyişə bilər.

ANS TV-nin məlumatına görə, əmanətlərin sığortalanması fondunun icraçı direktoru Azad Cavadov bildirib ki, diferensial sığortalanma mexanizmi üzərində iş gedir.

Əgər bu sistem qəbul olunsa, banklar risk dərəcəsinə görə, müxtəlif qruplara bölünəcək. Buna uyğun onlara reytinq veriləcək. Yüksək reytinqə malik banklar fonda daha az sığorta haqqı ödəyəcək, əksinə reytinqi aşağı, riski böyük olanlar yüksək sığorta haqqı ödəməli olacaqlar.

Bu zaman faizindən asılı olmayaraq bütün əmanətlər sığortalana bilər. Hazırda bütün banklar sığorta fonduna eyni dərəcə ilə əmanətin 0,5%-i miqdarında sığorta haqqı ödəyir. Amma yalnız 30 min manata qədər və maksimum 12%-lə olan əmanətlər sığortalanır.скачать dle 10.4 UTF-8Forex для начинающих
Şərh Əlavə Et
Xocalı Soy Qırımı
Biz Sizinləyik@2011 Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.
Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən.
Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir
Dizayn"-Urfan Salyayev-(070)956.77.51 (055).240.33.43