Melumat-merkezi.com xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu qaydaya əməl etməyən sürücülər inzibati qaydada cərimələnəcək:

Sürücünün görünüş dairəsinin məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, əlavə əşyalar qoyulduqda və hər hansı bir formada pərdə və qara örtük vurulan avtonəqliyyat vasitəsinin sürücüsü inzibati qaydada 150 manat cərimələnəcək. İsti hava şəraitinin keçməsi ilə əlaqədar Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi müddət və standart var. Bu standartın tələbinə əsasən may ayının 1-dən etibarən nəqliyyat vasitələrinin arxa sağ-sol şüşələrinin sənaye üsülü ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilir.

Vaqif Əsədov qeyd edib ki, avtomobillərdə ləngli güzgü süşələrin də vurulması inzibati xəta hesab olunur:

Bəzi sürücülər belə hesab edir ki, icazə verilən müddətdə qara örtük çəkmək olar, xeyir bu belə deyil.