"Report" xəbər verir ki, Bakı metropoliteninin "Elmlər Akademiyası" stansiyası yaxınlığında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Ağayeva Rumiyyə Muhammədsayeviçi "Lada Priora" markalı maşın vurub.

Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədən avtomobilin sürücüsü saxlanılıb. Maşın isə cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma gedir.