HAZIRLADI URFAN SALYAYEV » İstifadəçinin bütün xəbərləri - İstifadəçi: Admin

cəmi səs 19738390

 

Ayaq dırnaqlarında görülən, ağrı verən və istədiyiniz ayaqqabını geymənizi maneə törədən batıqlar üçün alına biləcək tədbirlər və baxım təklifləri AzadQadın.az-da!

Batıq Dırnaq necə yaranır?

Ayağınızı sıxan, ayaq quruluşuna uyğun olmayan ayaqqabılar batıq dırnaq meydana gəlməsinə səbəb ola bilər.

 

Dırnaqları çox dibindən kəsmək ya da çox çox uzatmaq batıq meydana gəlməninin səbəbləri arasındadır.

 

Ayaqların; ayaqqabı içində havasız qalması, dırnaqlara sürtülən lakların keyfiyyətsiz olması batıqın meydana gəlməsini səbəb olar.

 

Ayağınızı çarpmaq və ya ayağınızın üstünə basılması kimi şeylər dırnağınızın dərinin içinə batmasına hətta basdırılmasına səbəb olar.

Batıq Dırnağın Qarşısını Necə Almaq Olar?

Dırnaqlarınızı düz şəkildə qəti, unutmayın ki dırnaq kənarlarınız nə qədər düz olsa batma riskləri də o qədər az olacaq.

 

Pedikür edərkən ya da etdirərkən dırnaqlarınızın səthdən deyil dırnaq altından qaldırılaraq törpülənməsini təmin edin.

 

Nə qədər bəyənsəniz bəyənmən dar və iti burunlu ayaqqabılar dırnaq batığına gətirib çıxaracağı üçün onlardan uzaq dayanıb, yumru burunlu və ayaq ölçünüzə uyğun ayaqqabılar seçin.

 

Batık vəziyyətində irəliləməyi maneə törətmək və mikrob qapmasını önləmək üçün möhkəm və pambıqlı olmayan corablardan uzaq durun.

 

Dırnaqlarımı Necə Gücləndirə bilərəm?

 

Dırnaqlarınızı gücləndirərək həm qırılmasını həm də batıq meydana gəlməsinin qarşısını ala bilərsiniz

Vəsaitlər,

2 çay qaşığı şam terebentin esansı

 

1 çay qaşığı şirin badam yağı

 

Yarım limonun suyu

 

1 su stəkanı ilıq su

Hazırlanışı və Tətbiqi,

Şam terebentin və badam yağını şüşə bir kasada qarışdırın.

 

Qarışığı qulaq təmizləmə çubuğuyla dırnaq üzərinə və diblərinə sürün.

 

15 dəqiqə gözləyin.

 

Limon suyu və ilıq suyu qarışdırın.

 

Dırnaqlarınızı limon sulu qarışığın içində 10 dəqiqə gözlədin.

 

İlıq suyla durulayıp yaxşıca qurulayın.

 

Qeyd: Dırnaq gücləndirmə baxımını həftədə 1 dəfə tətbiq edə bilərsiniz.

Ayaqlarımı Necə istirahət etdirə bilərəm?

Uzun saatlar ayaqqabı içində qalan ayaqlarınızın istirahət etmələri üçün bitki mənşəli üsullardan faydalana bilərsiniz.

Vəsaitlər,

2 şirin çay qaşığı lavanta yağı

 

1 şirin çay qaşığı duz

 

2 litr su

Hazırlanışı və Tətbiqi,

Dərin bir vedrədə bütün vəsaitləri qarışdırın.

 

Suyun içində ayaqlarınızı 15 dəqiqə gözlədin.

 

Müddətin sonunda ayaqlarınızı durulayıp yaxşıca qurulayın.

 

Körpə pudrası ya da nəmləndirici krem tətbiq edin.

Qeyd: Baxım üsulunu həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Hər iki baxım üsulunda da dırnaqlarınızda lak olmadığından əmin olmalısınız.

 

Daha Ətaflı

cəmi səs 19738390

 

 

Kainatda internetə ən asılı xalq hansıdır?

 

Kanadanın virtual ölçü saytına görə, kanadalılar aylıq 2500 dəqiqə ilə internetdə ən çox vaxt keçirməklə birincidilər. Saytın məlumatına görə, bu kateqoriyada dünya ortalaması 2000 dəqiqədir. Aylıq online faizinə görə, kanadalılar 68 faizlə birinci olduqları halda, bu ölkəni 62 faizlə Fransa və İngiltərə, 60 faizlə Almaniya, 59 faizlə ABŞ, 57 faizlə Yaponiya və 36 faizlə də İtalyanın təqib edir. Digər tərəfdən kanadalıların YouTube, Twitter və Facebook kimi saytlardan da ən çox istifadə edənlər olduğu müəyyənləşib. 34 milyon əhalisi olan Kanadada, əhalinin yarısı olan 17 milyon adamın Facebook üzvü olduğu, hər ay 21 milyon adamın da YouTube-u ziyarət etdiyi bildirilir. Beləliklə, "kainatda internetə ən asılı xalq” olaraq xarakterizə edilən kanadalıların YouTube-da ayda orta hesabla 147 ədəd video izlədikləri məlum olub.

 

Ümumiyyətlə, mütəxəssislər həftədə 8 ilə 40 saat arasında internetə daxil olan insanları asılı olaraq qiymətləndirirlər. İnternet asılılarının 50 faizində isə başqa bir psixoloji narahatlıqlar özünü göstərir. Alim Kimberly Younqa görə, internet asılılığı kriteriyalarına görə, bu asılılığın ən geniş yayılmış növləri arasında pornoqrafiyaya maraq ilk sırada yer aldığı halda, müxtəlif oyunlar, sosial media, internetdən alış-veriş və qumar marağı da əsas yerləri tutur. Hətta 2000-ci ildən başlayaraq ABŞ, Cənubi Koreya və bəzi Avropa ölkələrində klinikalarda müalicəsi aparılan internet asılılarına narkotik maddə asılılığı ilə bağlı üsullar tətbiq edilərək müalicə edilirlər. Nəticədə internet asılılarının 38 faizinin zərərli maddə asılısı olduğu aşkara çıxıb. Bildirilir ki, internet asılılığı daha gec yaşlarda başlayan narkotik maddə, spirtli içki və qumar asılılığının əksinə olaraq daha erkən yaşda başlayır. Ancaq kişilərdə qadınlardan 2-3 dəfə artıq müşahidə edilir. İnternet asılılığının yalnız psixoloji deyil, fizki narahatlıqlara da gətirib çıxardığı, əsasən, artıq çəki, kürək, boyun ağrısı, bel sümüyündə pozğunluqlar və s. müşahidə edilir.

 

Qadınlar internetdən daha çox asılıdır

 

Mütəxəssislərin fikrincə, əgər bu gün gecələr internetin cazibəsinə qapılıb yatmaq istədiyiniz saatdan çox sonra yatağa girirsinizsə, siz də artıq cəmiyyətin böyük bir qismini təşkil edən internet asılılarındansınız. Araşdırmaya görə, internet asılılarının nisbəti 61 faizə yüksəlib. Nəticədə internet asılılığı sürətlə yayılmaqda davam edir. Maraqlı olan isə odur ki, sürətlə yayılan internet asılılığı ilə əlaqədar aparılan digər araşdırmalar internet asılılığının qadınlarda, kişilərdən daha çox olduğunu ortaya qoyub. Qadınların 64 faizi özünü internet asılısı olaraq xarakterizə edərkən bu nisbət kişilərdə 55 faiz təşkil edir. Eyni zamanda daimi siqaret çəkənlərlərin internet asılılığı nisbəti 48 faizkən, bu nisbət siqaret çəkməyənlərdə 65 faizdir. Həmçinin spirtli içki qəbul edənlərin internet asılılığı nisbəti 57 faiz olduğu halda, içki içməyənlərdə bu nisbət 64 faizdir. Onu da qeyd edək ki, internet asılılığı gənclərdə daha genişdir. Belə ki, 13-17 yaş arası gənclərdə 73 faiz, 18-24 aralığında 71 faiz, 25-34 aralığında 59 faiz, 35-44 aralığında isə 54 faiz olaraq öz əksini tapıb. Məsələn, Türkiyədə aparılan bir araşdırmaya görə, kompüter başında kişilər qadınlardan daha çox vaxt keçirir. Belə ki, kişilərin 60,9, qadınların isə 39,1 faizi internetdə vaxt sərf edir.

 

Kişilərin maraq dairəsi tez-tez dəyişir?

 

Ölkəmizdə də internet istifadəçilərinin sayı getdikcə artmaqdadır. Belə ki, Bakıda əhalinin 89,5 faizi, regionlarda isə 60 faizdən çoxu internetdən istifadə edir. Ümumilikdə isə internet istifadəçilərinin sayı 65 faiz təşkil edir. Hesablamalara görə, ölkədə internet istifadəçilərinin 30 faizini kişilər, 17 faizini qadınlar təşkil edir. İnternetdən istifadə məqsədi də fərqli olan bu insanların bir qismi elə günün əksər hissəsini internetdə keçirməklə ondan asılıya çevriliblər. Bu gün internet klublarda, iş, yaxud evdə kompüterdən, eləcə də telefon vasitəsilə internetə uzun vaxt sərf edənlər kifayət qədərdir və bunu müxtəlif yaş qrupuna aid etmək olar. Məsələn, Yasamal rayon sakini 7 yaşlı Hüseyn Hüseynov deyir ki, məktəbdən sonra boş qalan vaxtının çoxunu yaxınlıqdakı internet klubda internetdə oyunlara sərf edir. Digər bir həmsöhbətimiz tələbə Türkan Mehdiyeva isə deyir ki, internet onun üçün həm əyləncə, həm də dərslərinə kömək məqsədi daşıyır. Ona görə də internetə xeyli vaxt sərf edir və nəticədə uzun müddət kompüter qarşısında qalmalı olur.

 

Psixoloq Taryel Faziloğlu deyir ki, insanların internet asılılığı artıq bir psixoloji xəstəlik kimi öz təsdiqini tapıb: "Bu mənada insanların internet asılılığına qarşı bir çox ölkələrdə müxtəlif müalicə metodları rəsmi şəkildə tətbiq edilir. Qaldı ki, bu problemlə üzləşmə daha cox qadınlarda rast gəlinir. Bunun da bir çox səbəbləri var. Əsas səbəb isə odur ki, qadınlar emosionaldırlar və ona görə də tez təsir altına düşürlər. Sonra bu asılılığa çevrilir. Kişilərdə isə bu, belə deyil. Adətən kişilər rasional olduqları üçün asan təsirə düşmürlər. Həm də kişilərin maraq dairələri tez-tez dəyişdiyindən onların internet asılılığına düşməsi qadınlara nisbətən azdır. Amma hər bir halda istər kişi, istərsə də qadında bu vəziyyət yaranıbsa bu təcili həlli vacib psixoloji problemdir və mütləq psixoloq kömək almalıdırlar”.

 

İnternet asılılığı, yoxsa pis vərdiş...

 

Sosioloq Əhməd Abbasbəylinin sözlərinə görə dünyada belə bir tendensiya var ki, internet istifadəçilərinin 10 faizində asılılıq öz əksini tapıb: "Bir neçə ölkədə bu xəstəlik kimi qeyd edilir və müalicəsi ilə bağlı klinikalar fəaliyyət göstərir. İnternet asılılığı dedikdə onu şərti olaraq bir neçə qrupa bölmək olar. Ümumiyyətlə, qəbul olunub ki, gün ərzində 5-7 saatdan artıq internetlə birbaşa məşğul olan və bu hər gün davam edən bir prosesdirsə həmin insanlar asılı hesab edilir. Azərbaycanda, Rusiyada və digər yaxın ölkələrdə bu diaqnoz kimi yox, pis vərdiş kimi hesab edilir”.

 

Sosioloqun fikrincə, internet asılılığının bir sıra mənfi cəhətləri var ki, bu səhiyyə baxımından gözün zəifləməsi, onurğa sütunda problemlərin yaranması ilə yanaşı, psixoloji cəhətdən də asılılığa gətirib çıxarır: "İnternetdən asılı insanların özü bir neçə kateqoriyaya bölünür ki, bunlar daim informasiya almaq, internetdə axtarışlar etmək və s. ilə məşğul olanlardır. İkinci qrup kateqoriya isə ünsiyyət qurmaq, tanışlıq məqsədi daşıyanlardır. Eləcə də şəbəkə oyunlarında saatlarla oynayırlar, bir kateqoriya da qumar oyunlarından pul qazanmaq istəyirlər. Ən çox daxil olunan saytlar sırasında erotik saytlara daxil olan insanlar var”.

 

O da vurğulandı ki, internet asılılığından insanları qurtarmaq üçün üsullara gəldikdə isə adətən idman və digər fəaliyyət istiqamətləri təbliğ olunur. Digər tərəfdən kitab mütaliəsi, mədəni istirahətin təşkilini göstərmək olar. Sosioloqun fikrincə, sağlam həyat tərzinə daha çox üstünlük verənlər internet asılılığından özlərini sığortalamış olurlar: "İstifadəçilər sırasında qadın və yaxud kişilərin çoxluğu ilə bağlı müxtəlif fikirlər var. Bir sıra ölkələr var ki, orada qadınlar daha aktivdirlər. Məsələn, Litvada, Finlandiyada qadınlar daha aktivdirlər. Bəzi Şərq ölkələrində qadınlar ictimai-siyasi hadisələrdə nisbətən passivdilər. Bu mənada ola bilər ki, ayrı-ayrı ölkələrdə internet asılılığında qadın-kişi nisbətində fərqli göstəriciləri var. Fikrimcə, Azərbaycanda gənc oğlanlar internet istifadəsində son dövrlər daha fəaldırlar”.

 

Daha Ətaflı

cəmi səs 19738390

 

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

QHT-nin yaranma tarixi: 7 yanvar 1992-ci il

QHT-nin dövlət qeydiyyatı tarixi: 16 iyul 1993-cü il

QHT-nin təsisçiləri: Ümumrespublika Toplantısı

 

QHT-nin üzv olduğu koalisiyalar:

• FANQOM

• İnsan alverinə Qarşı Mübarizə aparan QHT-lərin Koalisiyası

• “Təhsildə Bərabərlik” Koalisiyası

 

Azərbaycan Uşaqlar Birliyinin əsas fəaliyyət istiqaməti (missiyası)

Uşaqları, yeniyetmələri və böyükləri özündə birləşdirən, qarşılıqlı yardım, demokratiya prinsiplərinə əsaslanan könüllü birlikdir.

Devizi: “Hər bir uşaq xoşbəxt olmağa layiqdir!”

 

Azərbaycan Uşaqlar Birliyinin məqsədi

Uşaq və yeniyetmələri müstəqil həyata hazırlamaq, öz respublikasının layiqli vətəndaş böyütməkdir. Bu məqsədə nail olmaq üçün AUB ictimaiyyətin diqqətini uşaq problemlərinin həlli ətrafında səfərbər etməyə çalışır. Uşaq və yeniyetmələrin sosial və hüquqi mənafelərinin müdafiəsi, onların hərtərəfli inkişafı, istedad və bacarıqlarının aşkara çıxarılması, eləcə də asudə vaxtlarının təşkili AUB-nin əsas vəzifələridir. AUB-nin fəaliyyət istiqamətləri: Təhsil, ekoloji, səhiyyə, təlim-tərbiyə və asudə vaxtın təşkili sahəsində proqramlar hazırlayır, küçə uşaqlarına sığınacağın verilməsi təmin edir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması, risk qrupuna daxil olan yeniyetmələrin zərərli vərdişlərdən qurtulmasına yardım göstərir.

Birlik həmçinin insan alverinə qarşı mübarizə aparan yerli və beynəlxalq strukturlar ilə əməkdaşlıq edir.

 

Sədr – Kəmalə Ağazadə

Təhsil Departamenti rəhbəri – Fuad Dərgahlı

Sosial Departamentin rəhbəri – Ayxan Nəsibli

Beynəlxalq əlaqələr Departamenti – Qurban Kərimbəyli

İctimaiyyətlə əlaqələr Departamenti – Günay İbrahimova

 

Reinteqrasiya Mərkəzi – Samir Əhmədov

Uşaq Sığınacağı – Dadaş Əhmədov

Maliyyə Meneceri – Düriyyə Zeynalova

Ofis Menecer – Qönçə İbrahimova

 

İdarə heyəti:

Fuad Dərgahlı

Ayxan Nəsibli

Qurban Kərimbəyli

Günay İbrahimova

Samir Əhmədov

 

 

 

Daha Ətaflı

cəmi səs 19738390

 

23 FEVRAL OLKEMIZDE QEYRI RESMI KISILER BAYRAMI KIMI QEYD OLUNUR..

HORMETLI SAYTIMIZIN UZVU OLAN VE OLMAYAN KISILER BAYRAMINIZ MUBAREK...

 

Daha Ətaflı

cəmi səs 19738390

23 FEVRAL KISILER BAYRAMI KMI QEYRI RESMI QEYD OLUNUR...HORMETLI KISILERIMIZ...SAYTIMIZDA OLAN VEOLMAYAN BAYRAMINIZ MUBAREK....

 

 

Daha Ətaflı

cəmi səs 19738390





New York - un məşhur gözəllik mərkəzi olan "Acqua Beauty Bar" - in sahibi Jamie Ahn təraşın səbəb olduğu problemlərin həllinə yönəlmiş araşdırmasının müsbət nəticəsi haqqında danışıb : "Sızanaq, qızartı, ət kökündə xəsarətlər ... Bunlarin hamisi bir cür iltihabin nəticəsidir və bu problemin qarşısını araşdırmanın müsbət nəticəsinə əməl etməklə qarşısını almaq mümkündür. Əslində başda ayaqlarınız olmaqla hamar olmasını istədiyiniz bədəninizin digər hissələrində bu problemin meydana gəlməsinin qarşısını asan şəkildə ala bilərsiniz.




Təraş ən sadə epilasiya növüdür. Siz təraş zamanı dərinizin üst qatındakı ölü dərini soyarkən altdaki təzə dəri normal olaraq reaksiya verir. Sizanaq və qizarmalar məhz bu prosesin həyata keçirilməsi nəticəsində meydana çıxır. Bunlara ümumi olaraq " ülgüc yanığı " adını verə bilərik. Xüsusilə dəriniz həssasdırsa, bu sizin üçün daha böyük əhəmiyyətli hal alır.



Paketlərdə satilan istifadə et

Daha Ətaflı

cəmi səs 19738390

 

Ojeqova'' lüğətində sevgi- fədakar, dərin güclü olan səmimi bağlılıqdır. Ehtiras isə- çox həssas bir arzudur. Buna görə də, məhəbbət insanları birləşdirən yaxınlıq və bağlılıq kimi,ehtiras isə, arzu etdiyin kimi başa düşülür.Lakin hərdən bu iki hissi bir- birindən ayırd edə bilmirik. Gəlin birlikdə bu hissləri bir- birindən ayırd etməyə çalışaq.

 

İnsanlar arasında sevgi necə yaranır?

İki insan arasında olan münasibətdə əgər sevgi hissi varsa,onda hər iki tərəf bir- birlərinin arzu və xoşbəxtliklərini qiymətləndirirlər. Svgi olan cütlük bir- birlərini dərindən anlayıb başa düşürlər.Sevgi olan ailə hər bir zaman bir birlərinə öz aralarında güzəştə getməyi bacarırlar. Sevgi ilə qurulan ailənin mehribanlığı uzun sürür.Belə ailələrə problemlər belə dar gəlməz.

 

 

Ehtiraslı əlaqə isə,hər zaman neqativ effekt vermir. Amma belə əlaqə müsbət bir sevgi kimi də ola bilər.Ehtiraslı əlaqə zamanı partnyor öz istəyini üstün tutur. Ehtiraslı əlaqədə fundamental eqoizim yer alır.Sevgiylə ehtiras bir yerdə olanda əlaqələr uzun ömürlü olur.

Amma təkcə ehtiras varsa, o müəyyən müddətlikdir.Tərəflər bir birindən doyduqdan sonra ehtiras da tükənir və onların bir -birinə marağı qalmır. Lakin sevgi də ehtiras ilə yaşaya bilər, ehtiras da sevgi ilə yaşaya bilər.

Yadda saxlamaq lazımdır ki, sevgi əlaqəsi- qayğı və fədakarlıq üzərində qurulur, ehtiras əlaqəsi isə- eqoizim və öz arzusuna çatmaq üzərində qurulur.

 

 

 

 

Bəs siz bu əlaqələr arasındakı fərqi necə başa düşürsünüz?

 

Daha Ətaflı

cəmi səs 19738390

 

Gözaltı şişlər və kölgələr

 

Gözlərin əsas düşmənləri arasında günəş şüaları, solari, yuxusuzluq, çox miqdarda işığa məruz qalmaq, zehni və fiziki yorğunluqlar gəlir. Göz ətrafının başlıca düşmənləri isə, günəş şüalarıdır. Göz ətrafının dərisi bunlar sayəsində quruyar və quruluşu nazikləşər. Beləcə müxtəlif problemlər ortaya çıxar.

 

Təbii əczaxanadan faydalanın

Göz ətrafındakı şişliklər və bənövşəyiliklər üçün evdə var olan vəsaitləri istifadə edə bilərsiniz. Məsələn yaşıl çay içildiyində ya da kompres edildiyində, o bölgədəki şişi həll edər və şişlikləri azaldar. Cəfəri suyu və ya qara çayla edilən kompresler də eyni şəkildə faydalıdır.

 

Dr. Melisa Eczacıbaşı, yorğunluq və yuxusuzluğa bağlı əmələ gələn şişlikləri aradan qaldırmanın ən praktik yolunun, göz altı kompresleri və maskalar olduğunu vurğulayır. Xüsusilə bədəndən su ata bilən qarışıqları içmək, göz ətrafı problemlərinizi həll etmənizə köməkçidir.

 

Gözaltı şişlikləri üçün

 

- Yaşıl çay, həm içilə bilər həm də göz altı kompresi olaraq tətbiq oluna bilər.

 

- Qaynadılmış kartofları soyutduqdan sonra birbaşa və ya incə bir bezə büküb kompres edə bilərsiniz.

 

- Təbii çay yarpaqlarını dəmləyib soyutduqdan sonra tənzifə büküb o bölgələrdə gözlədin.

 

- Evdə soyuducunda kub şəklində buz parçalarını səhərlər göz altınızda gəzdirin. Soyudulmuş bir qaşığın tərsi də bu funksiyası yerinə yetirə bilər.

 

Gözaltı kölgələr üçün təkliflər

 

- Yuxunuzun nə qədərliyi və xüsusiyyətinə diqqət yetirin

 

- Üzünüzdə isti su yerinə soyuq su istifadə edin.

 

- Uzun müddət kompüter başında oturmaq, tək nöqtəyə konsentrə olmaq gözlərinə yorub göz altlarınıza zərər verər. Arada kompüter başından qalxıb, gözlərinizi istirahət etdirin.

 

- Duz qəbulunu azaldın.

 

- Tərkibində K vitamini olan kremlər istifadə edin.

 

- Həddindən artıq günəş, solari, süni işıqlar gözaltı bağ toxumasını zəiflədərək gözlərinə zərər verər. Gün eynəklərinə diqqət edin

 

- Yaşıl çay, qara çay ilə şişləri azaldacaqlar. Bol bol bitki çayı için.

 

*Tərkibinə C vitamini olan məhsullar həm antioksidan təsirləri həm də damar çeperini gücləndirdikləri üçün göz altı toxumalarını da dəstəkləyəcəklər.

 

*İtburnu, çiyələk, sitrus bitkiləri, soğan, üzüm həm güclü bir antioksidan həm də gözaltı hüceyrələri yeniləyər.

 

Daha Ətaflı

cəmi səs 19738390

 

Çayın faydalarını bilirsinizmi?

 

1.Ağır və yeməktən 1 saat sonra çay içmək həzmi yaxşılaşdırır.

 

2. Çay damar çəpərlərini gücləndirir, Qan dövranını yaxşılaşdırır.

 

3. Diş minasını qüvvətləndirir. Diş əti xəstəliklərə qarşı müqavimət gücləndirir.

 

4. Mədədəki zərərli maddələri təmizləyir.

 

5. Böyrəyin fəaliyyətini yaxşılaşdırır.

 

6. Qaraciyəri təmizləyir

 

7. Qandakı şəkərin miqdarını artmasına mane olur

 

8. Çay kompresi, Çay vannası göz və dəridəki bəzi nasazlıqları aradan qaldırır.

 

9. Qaşınma və ekzemanın sağalmasına kömək edir

 

10. Sonsuzluq riskini azaldır.

 

11. Spirtin ciyərlərə verdiyi zərəri çay yox edir.

 

12. Qan xərçəngi və şəkər riskini azaldır.

 

13. Mütəxəssislər gün ərzində 8 fincan çay içməyi məsləhət görürlər

 

Qeyd:Çay dəmləyəndə su 1 dəfə qaynamalıdır. 2- ci dəfə qaynadılmış sudan dəmlənən çayın dadı o qədər də yaxşı olmur Su çox qaynamasın.

 

Daha Ətaflı

cəmi səs 19738390

 

Maqnezium əksikliyi hansı xəstəliklərə səbəb olur?

Maqnezium, sinir sisteminin həddindən artıq həssaslığını azaldaraq sakitləşməyə köməkçi olduğu üçün "Anti-stress mineralı" olaraq da bilinir. Fermentlərin hərəkətə keçirilməsi və qandakı şəkərin enerjiyə çevrilməsində rol alar. Ayrıca dərini hamarlaşdırır, saçı gözəlləşdirər, dırnaqları qüvvətləndirər. Sinir sistemi sağlamlığı, bədən istiliyinin tarazlıqda tutulması kimi bir çox funksiyada faydası olan maqnezium, sümük və diş inkişafı baxımından da lazımlıdır. Adət dövrü əvvəli maqnezium qəbulu adət sancılarını azaldır. Hamiləlikdə görülən kramplara qarşı qoruyucudur. Stress, hamiləlik və əmizdirmə kimi vəziyyətlərdə bədənin gündəlik maqnezium ehtiyacı artar. Spirt istifadəsi maqnezium əskikliyinə gətirib çıxardığı üçün xüsusilə "spirt asılılarında" və sıx spirt sahələrdə maqnezium əskikliyi çox görülər. Maqnezium əskikliyi bu narahatlıqlara gətirib çıxarar.

 

- Ürək, böyrək, qaraciyər və beyin funksiyalarında axsaqlıqları,

- Halsızlıq, iştahsızlıq, narahatlıq və yuxu pozuqluqları

- Dalğınlıq, yaddaş zəifliyi, öyrənmə çətinliyi

- Böyrək çatmazlığı, ürəyin tez tez vurması, kramp

- Körpələrdə həvalə keçirmə təhlükəsi

 

Çoxu zərərdir

Bədən normaldan çox alınan maqneziumu atar. Yenə də bədəndə çox maqnezium yığılsa halsızlıq, böyrək və həzm sistemi xəstəlikləri, tərləmə və depressiya kimi problemlər

 

Gündəlik ehtiyac

Yetkinlərdə ortalama 300 milliqramdır. Bu miqdar hamiləlikdə 600 mg olar. Paxlalıların 100 qramında ortalama 150-170 mg, toyuq ətində 100 mg, balıq ətində isə 120 mg maqnezium var.

 

Hansı qidalarda var?

- Balıq

- Toyuq əti

- Pendir

- Yumurta

- Tam unlu çörək

- Yerfıstığı

- Kartof

- Portağal

- Paxlalılar

- Yarma

 

Daha Ətaflı

KOMMUNAL VƏ HƏR NÖV ÖDƏMƏNİ BURADAN ET

XOCALI SOYQIRIMI
İstifadəçilər tərəfindən nəşr olunan xəbərlərə görə rəhbərlik hecbir məsuliyyət daşımır.

Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.

Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir