Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir

Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir


"Bakı 2015" Avropa oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Melumat-merkezi.com-a verilən məlumata görə, bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir A.Rəhimov çıxış edərək, ölkənin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini, I Avropa oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən video çarx nümayiş olunacaq. Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək. Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim olunacaq. Sərgi çərçivəsində qonaqlara I Avropa oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da təqdim ediləcək. Tədbirin sonunda qonaqlara konsert proqramı təqdim olunacaq.скачать dle 10.4 UTF-8Forex для начинающих
Şərh Əlavə Et
Xocalı Soy Qırımı
Biz Sizinləyik@2011 Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.
Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən.
Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir
Dizayn"-Urfan Salyayev-(070)956.77.51 (055).240.33.43