Bölmədə olan Xəbərlər: Iqtisadiyyat

Təyyarə biletləri kəskin bahalaşdı

Təyyarə biletləri kəskin bahalaşdı



Mərkəzi Bankın manatın kəskin devalvasiyası (ucuzlaşması) barədəki qərarından dərhal sonra aviabiletlərin də qiymətində artım baş verib.

Melumat-merkezi.com xəbər verir ki, turizm şirkətlərindən virtualaz.org saytına verilən xəbərə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var.

Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub.

Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir.

Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bir gün bundan qabaq 351 manat 25 qəpiyə alırdılar. “Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) təyyarə biletlərinin qiymətinin artmasını hələlik şərh etməyiblər.скачать dle 10.4 UTF-8Forex для начинающих

Oxşar Xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir
Kodu Daxil edin: *
yenilə, əgər kod görünmürsə
XOCALI SOYQIRIMI