Fevralın 15-nə olan HAVA PROQNOZU

Fevralın 15-nə olan HAVA PROQNOZU

Azərbaycanda hava şəraitinin dəyişməsi haqqında ilkin xəbərdarlıq yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Qeyd edilib ki, bir daha dəqiqləşdirilmiş məlumat ictimaiyyətə təqdim olunacaq.

Fevralın 15-nə olan hava proqnozuna gəlincə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.скачать dle 10.4 UTF-8Forex для начинающих
Şərh Əlavə Et
XOCALI SOYQIRIMI
Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.
Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən
Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir