Xəbərlər Və Bölmələr: Xəbərlər

Tovuzda sensasiyalı olay

Xəsarətlər alan müəllimə nazirdən kömək istəyir

Tovuz rayon İbrahimacılı kənd orta məktəbində sensasiyalı olay baş verib. Məktəbin riyaziyyat müəllimi Ülviyyə Süleymanovanın Bizimyol.info saytına verdiyi məlumata görə, o, direktor Sinayə Məmmədzadənin və onun qızı Aygün Quliyevanın fiziki zorakılığına məruz qalıb. "Hadisə oktyabrın 17-də baş verib. Direktor dərs saatlarını pulla satmasına etiraz etdim, iki saat dərs üçün məndən 50 manat tələb edirdi" - deyən Ü.Süleymanova qeyd edir ki, mübahisə etdikdən sonra direktorun kabinetindən çıxarkən direktorun qızı A.Quliyeva onun boğazından tutaraq başını divara çırpıb. Səs-küyə otağından bayıra çıxan direktor da onun saçlarından yapışaraq sürüməyə başlayıb. Hadisə zamanı Ü.Əlieyva üz nahiyyəsindən xəsarətlər alıb. "Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğuna, icra hakimiyyətinə, təhsil şöbəsinə müraciət etdik. Prokurorluq bizi ekspertizaya göndərdi, ekspert aldığım xəsarətləri müəyyən etsə də, rəyi ancaq prokurorluğa verəcəyini bildirdi. İcra hakimiyyəti və təhsil şöbəsi isə faktki heç bir tədbir görmədi. Hazırda işlə bağlı Qovlar şəhər polis bölməsində araşdırma aparılır.
Ü. Süleymanova təhsil naziri Mikayıl Cabbarova müraciət edərək hadisə ilə bağlı tədbir görülməsini xahiş edir.

Bizimyol.info

Oxşar Xəbərlər

Fikir Bildir

Adınız:*
E-Mail Ünvanınız:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir
Kodu Daxil Et: *
İstifadəçilər tərəfindən nəşr olunan xəbərlərə görə rəhbərlik hecbir məsuliyyət daşımır.
Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.
Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir
XOCALI SOYQIRIMI
............................
.........................................