HAZIRLADI URFAN SALYAYEV » Xəbərlərin siyahısı: Dekabr 2012 illər

cəmi səs 19738390

HORMETLI OXUCULARIMIZ,SAYT ISTIFADECILERI, ZIYARETCILERIMIZ SIZLERI 31 DEKABR DUNYA AZERBAYCANLILARININ HEMREYLIUI VE YENI IL MUNASIBETI

 

 

ILE TEBRIK EDIREM,UZUN OMUR ,CAN SAGLIGI,ARZULAYIR, SEXSSI HEYATINIZDA UGURLAR DILEYIREM..BIR SOZLE UZUMUZE GELEN 2013 -CU ILDE

 

 

OZUNUZ OZUNUZE NE ARZULAYIRSINIZSA QISMETINIZ OLSUN....AMIN

 

 

 

 

HORMETLE SAYT REHBERI NAZIM  MAHMUD OGLU

Daha Ətaflı

cəmi səs 19738390

 

TELE QANUN

(25 iyun 2003-cü il tarixli Şura iclasında təsdiq olunmuşdur)

 

Bu Qaydalar "Televiziya və radio yayımı haqqında"Azərbaycan Respublikası Qanununun 38-ci və 40.2.7.-ci maddələrinə və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin müddəalarına uyğun olaraq tərtib edilmişdir.

 

1.Televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, teleradio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək məqsədilə teleradio yayımçıları efirə çıxmış proqramların (verilişlərin) materiallarının (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) bütün video (audio) lentlərinin yazısını təmin etməli və bu yazıları bir aydan az olmayaraq, qeydiyyat jurnalını isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlamalıdırlar.

 

2.Barəsində bir ay ərzində şikayət daxil olan, yaxud məhkəmə qarşısında iddia qaldırılan proqramın (verilişin) materialları mübahisə başa çatanadək saxlanılmalıdır.

 

3.Teleradio yayımçıları bu Qaydaların müəyyən etdiyi hallarda nəzarət fonoqramının surətini Milli Televiziya və Radio Şurasına (bundan sonra - Şura) təqdim etməlidirlər.

 

4.Şura aşağıdakı hallar barəsində məlumatlar aldıqda nəzarət fonoqramının surətinin təqdim edilməsini tələb edə bilər:

 

dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar səsləndirildikdə;

 

dövlət dilindən istifadənin təmini ilə bağlı qaydalar pozulduqda;

 

efir zamanı pornoqrafik materiallar yayıldıqda;

uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən proqramlar (verilişlər) qanunvericiliklə müəyyən olunmuş qaydalara zidd olaraq yayımlandıqda;

 

göstərilmə vaxtı məhdudlaşdırılmış proqramlar müəyyən olunmuş qaydalara zidd olaraq yayımlandıqda;

 

insanların şəxsi həyatına müdaxilə edildikdə;

 

milli-mənəvi dəyərlərin qorunmasına əməl olunmadıqda;

 

reklam haqqında mövcud qanunvericiliyin tələbləri pozulduqda;

 

efir kommersiya, informasiya və yaxud digər eynitipli verilişlərlə yükləndikdə;

 

verilmiş informasiyada tərəfsizlik, qərəzsizlik, əhatəlilik, tam və doğru-dürüstlük prinsiplərinə əməl olunmadıqda;

 

insanların şərəf və ləyaqətinin alçaldılmasına və işgüzar nüfuzunun ləkələnməsinə yol verildikdə;

 

vətəndaşların və təşkilatların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqları pozulduqda;

 

faktlar və hadisələr ədalətlə şərh olunmadıqda və birtərəfliyə yol verildikdə;

 

terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunduqda;

 

dövlət dilindən istifadəyə dair qaydalara riayət edilmədikdə;

 

qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

 

5.Hər hansı bir proqramda (verilişdə) dövlətin, vətəndaşların və təşkilatların hüquqlarının pozulduğu barədə məlumat daxil olduqda, Şura hüquqların pozulduğu iddia edilən proqramın (verilişin) nəzarət fonoqramının surətinin 3 (üç) iş günü müddətində təqdim edilməsini teleradio yayımçısından tələb edə bilər.

 

6.Müstəsna hallarda, yəni bu Qaydaların 4-cü bəndində nəzərdə tutulan dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar səsləndirildikdə; dövlət dilindən istifadənin təmini ilə bağlı qaydalar pozulduqda; efir zamanı pornoqrafik materiallar yayıldıqda və s. hallarda Şura nəzarət fonoqramının surətinin 8 (səkkiz) saat ərzində təqdim edilməsini teleradio yayımçısından tələb edə bilər.

 

7.Şura nəzarət fonoqramında olan materiallar üzrə araşdırmalar aparmaq və müvafiq qərarlar qəbul etmək hüququna malikdir.

 

8.Nəzarət fonoqramlarını ixtisar olunmuş və ya digər şəkildə təhrif olunmuş şəkildə Şuraya təqdim etmiş yayımçı bu hərəkətlərinə görə məsuliyyət daşıyır.

 

9.Araşdırmalar nəticəsində bu Qaydaların 4-cü bəndində qeyd olunan müddəalardan hər hansı birininin pozulduğu aşkar olunduğu halda, aşkar olunmuş haldan asılı olaraq Şura tərəfindən:

 

xəbərdarlıq edilir;

 

cərimə edilir;

 

xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti olaraq məhkəmə qaydasında dayandırılması barədə qərar qəbul edilir;

 

xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qaydasında iddia qaldırır.

 

10.Bu Qaydalar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün teleradio yayımçılarına şamil edilir.

 

 

LISENZIYANIN VERILME QAYDASI

1.1.Bu Qaydalar teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) (bundan sonra "lisenziya") verilməsi, habelə lisenziyanın verilməsindən imtina edilməsi, məhkəmə qarşısında lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ona xitam verilməsi barədə iddia qaldırılması prosedurunu müəyyən edir.

 

1.2.Teleradio yayımçıları bu Qaydalarda göstərilən şərtlər əsasında lisenziya əldə edə və teleradio sahəsində yayım fəaliyyəti ilə məşğul ola bilərlər.

 

1.3.Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası (bundan sonra "Şura") mövcud qanunvericiliyə, Milli Televiziya və Radio Şurasının Əsasnaməsinə, habelə keçirilmiş müsabiqənin nəticələrinə əsasən qalib hesab edilən yayımçılara lisenziyalar verə, onların müddətini artıra bilər və yaxud lisenziyalar verməkdən və onların müddətini artırmaqdan imtina edə bilər, həmçinin lisenziyaların qüvvəsini müvəqqəti dayandıra və onun qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.

 

1.4.Teleradio yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi müsabiqə yolu ilə və yaxud müsabiqəsiz həyata keçirilir.

 

1.5.Aşağıdakı teleradio yayımçılarına lisenziya müsabiqəsiz verilir:

 

1.5.1.Dövlət və ictimai teleradio yayımçılarına;

 

1.5.2.Kanaldan (tezlikdən) istifadə edən və lisenziyanın müddətini uzatmaq istəyən teleradio yayımçılarına.

 

1.6.Şura keçirilən hər bir müsabiqə üçün öz fəaliyyətində bu Qaydalardan əlavə olaraq işləyib hazırladığı və Azərbaycan Respublikasının qanunvericiliyinə və Şuranın Əsasnaməsinə zidd olmayan digər şərtlərə, tələblərə və meyarlara istinad edir.

 

1.7.Müsabiqənin nəticələrinin elan edilməsinə qədər iddiaçılar haqqında kütləvi informasiya vasitələrində heç bir məlumat verilmir.

 

1.8.Müsabiqənin elan edilməsi, onun nəticələri, lisenziyaların verilməsi və ya onun verilməsindən imtina, həmçinin lisenziyaların qüvvəsinin müvəqqəti dayandırılması və ya onların qüvvəsinə xitam verilməsi haqqında Şuranın qərarı rəsmi mətbuat orqanlarında çap olunmalıdır.

 

1.9.Müsabiqənin keçirilməsinə dair elanda aşağıdakılar göstərilməlidir:

 

müsabiqənin keçirilmə vaxtı və məqsədi;

 

tezliklərin siyahısı;

 

ərizələrin qəbul edilmə yeri və qəbul müddətinin başa çatması;

 

ərizələrin müzakirəsi və müsabiqənin nəticələrinin elan edilməsi üçün son müddət;

 

müsabiqədə iştirak etmək üçün birdəfəlik ödənişin miqdarı;

 

lisenziyanın qüvvədə olma müddəti;

 

digər şərtlər.

 

2.ŞURANIN HÜQUQLARI

 

2.1.Şuranın aşağıdakı hüquqları var:

 

2.1.1.lisenziyanın verilməsi üçün müsabiqənin keçirilməsi;

 

2.1.2.müsabiqə qaliblərinə lisenziyanın verilməsi;

 

2.1.3.lisenziyanın müddətinin artırılması;

 

2.1.4.lisenziyanın verilməsindən imtina edilməsi;

 

2.1.5."Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri yayımçı tərəfindən pozulduğu halda ona yazılı xəbərdarlıq edilməsi;

 

2.1.6.Qanunun tələbləri teleradio yayımçıları tərəfindən yenidən pozulduğu hallarda cərimə sanksiyalarının tətbiq edilməsi;

 

2.1.7.yayımçı tərəfindən lisenziyanın qayda və şərtləri və "Televiziya və radio yayımı haqqında" Qanunun tələbləri pozulduqda lisenziyanın qüvvəsinin müvəqqəti olaraq dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılması;

 

2.1.8.yayım lisenziya alındıqdan sonra 6 (altı) ay ərzində həyata keçirilmədikdə lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması.

 

2.1.9.Şura müsabiqədə 3-dən az iddiaçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər (MTRŞ-nın 28 iyun 2005-ci il tarixli iclas qərarı ilə Qaydalara 2.1.9-cu bənd əlavə edilmişdir).

 

2.1.10.İkinci dəfə elan edilmiş müsabqədə iddiaçıların sayı 3-dən az olarsa Şura iddiaçıya televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) vermək səlahiyyətinə malikdir (MTRŞ-nın 27 aprel 2007-ci il tarixli iclas qərarı ilə Qaydalara 2.1.10-cu bənd əlavə edilmişdir).

 

3.LISENZIYA ALMAQ ÜÇÜN ƏRIZƏLƏRIN VERILMƏSI QAYDALARI

 

3.1.Qanunvericiliyə müvafiq surətdə müsabiqədə iştirak etmək üçün verilmiş ərizələr və lisenziyanın müsabiqə keçirilmədən əldə edilməsi üçün verilən ərizələr qeydiyyata Şura tərəfindən alınmalıdır.

 

3.2.Ərizələr Şuraya şəxsən və ya poçt vasitəsilə göndərilə bilər.

 

3.3.Müsabiqədə iştirak etmək üçün sənədlər 9 (doqquz) nüsxədə təqdim edilməlidir. Lisenziyanın müsabiqədən keçmədən əldə edilməsi və lisenziyanın müddətinin artırılması üçün verilmiş sənədlər bir nüsxədə təqdim edilir.

 

3.4.Müsabiqə üçün verilmiş sənədlərin hər bir surəti möhürlənmiş ayrı-ayrı zərflərdə göndərilməlidir.

 

3.5.Sənədlər qəbul edilərkən onların təqdim edilmə vaxtı göstərilməlidir və bu barədə iddiaçıya sənədlər qəbul edildiyi gündən sonra 3 (üç) iş günü ərzində məktub vasitəsilə məlumat verilməlidir. Sənədlərin poçt vasitəsilə göndərildiyi halda iddiaçıya sənədlər qəbul edildiyi gündən sonra 3 (üç) gün ərzində məktub vasitəsilə məlumat verilməlidir.

 

3.6.Sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib edilməlidir. Bütün səhifələr nömrələnməli və möhürlənməlidir.

 

3.7.Ərizədə aşağıdakılar göstərilməlidir:

 

hüquqi şəxsin adı;

 

təsisçinin (və yaxud həmtəsisçilərin) soyadı, adı, atasının adı, hüquqi və poçt ünvanı, telefon/faks nömrəsi;

 

bank rekvizitləri;

 

yayımın növü və üsulu, yayımın zonası, yayımın efirə çıxacağı vaxt, yayımın tezliyi, ötürücünün gücü və yerləşdiyi yer, yayımın dili (dilləri), yayımın dövriliyi (həcmi) və yayımın əhatə etdiyi auditoriya barədə məlumatlar.

 

3.8.Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

 

ərizəçinin qeydiyyat sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;

 

yayımın proqram konsepsiyası (verilişlərin adı, məzmunu, proqram profili, vəzifələri, yönümü, müəllif proqramları, şəbəkə, retranslyasiya verilişləri və ya onların bir hissəsinin mövcudluğu);

 

retranslyasiya ediləcək teleradio proqramlarının məcmusu və onların strukturu;

 

təmin ediləcək başqa xidmətlər (teletekst, RDS, internet xidmətləri və s.);

 

yayım üçün lisenziyaya uyğun olaraq yayımçının fəaliyyətinə aid olan və tezlikdən istifadə üçün imzalanmış müqavilənin notariat qaydasında təsdiq edilmiş surəti;

 

teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunan əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);

 

balansın (01 saylı forma) surəti;

 

əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);

 

icarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;

 

retranslyasiya olunan kanalların siyahısı (proqramları retranslasiya olunan teleradio yayımçılarının siyahısı);

 

telekomunikasiya şəbəkəsi, stansiyalar və paylaşdırıcı şəbəkələr üçün avadanlıqların tipləri və onların əsas texniki parametrləri;

 

müvəqqəti stansiyalar da daxil olmaqla proqramların studiyalardan radioqəbuledicilərə ötürülmə yolları;

 

teleradio şəbəkəsinin inkişaf perspektivləri barədə biznes-plan;

 

retranslyasiya məqsədilə bağlanmış müqavilələrin surətləri (müəyyən olunmuş qaydada dövlət dilinə tərcümə edilmiş surəti ilə birlikdə);

 

müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş haqqında sənəd.

 

4.ƏRIZƏLƏRIN MÜZAKIRƏSI VƏ LISENZIYALARIN VERILMƏSI ÜÇÜN PROSEDUR QAYDALARI

 

4.1.Müsabiqə üçün ərizələrin verilmə müddəti bitdikdən sonra Şura üzvləri iddiaçılar tərəfindən təqdim edilmiş ərizələrin və digər sənədlərin bu Qaydaların 3-cü bəndində göstərilmiş tələblərə cavab verib-vermədiyini yoxlamalı və öz rəylərini Şuranın iclasında bildirməlidirlər.

 

4.2.Sənədləri qəbul etdikdən sonra Şura onları qeydiyyata almalı və təqdim edilən sənədlərin tam olmasını və onlarda əks etdirilən məlumatların həqiqətə uyğunluğunu yoxlamalıdır. Sənədlərin tam olmadığı və yaxud yanlış tərtib edildiyi hallarda Şura tərəfindən iddiaçıya bu barədə yazılı məlumat verilməlidir.

 

4.3.İddiaçı nöqsanları aradan qaldırdıqdan sonra sənədləri yenidən müsabiqədə iştirak etmək üçün təqdim edə bilər.

 

4.4.Lisenziyanın verilməsi üçün keçirilən müsabiqənin qaliblərini müəyyən etmək üzrə Şuranın iclasında yalnız sənədləri bu Qaydaların 3-cü bəndində göstərilən tələblərə cavab verən iddiaçıların ərizələrinə baxılır. Sənədlər haqqında ümumi nəticə qəbul edildikdən sonra Şuranın üzvləri sənədlərin bu Qaydaların tələbləri ilə uyğunluğu haqqında qərar qəbul etməlidirlər.

 

4.5.Şura tərəfindən ərizələrin və ona əlavə olunmuş sənədlərin təhlili məqsədilə müstəqil ekspertlər dəvət edilə bilər. Ekspertlər təqdim olunmuş sənədlər barəsində onlar tərəfindən informasiyanın yayılmayacağına yazılı təminat verməlidirlər. Ekspertlərin rəyləri, həmçinin sənədlərin qiymətləndirilməsi ictimaiyyətə elan olunmamalıdır.

 

4.6.Müsabiqə nəticələrinin elan ediləcəyi gündən və ya müsabiqədən keçmədən lisenziyaların alınması üçün ərizə və sənədlərin müzakirə ediləcəyi günündən tez olmayaraq iddiaçılara öz ərizə və sənədləri haqqında ekspertlərin nəticələri ilə tanış olmaq imkanı verilməlidir.

 

4.7.Müsabiqə zamanı lisenziyaların verilməsi üzrə qaliblərin müəyyən edilməsi üçün Şura aşağıdakı meyarlara istinad etməlidir:

 

yerli teleradio yayımının inkişafını təmin edən yayım konsepsiyasının orjinallığı;

 

müsabiqəyə baxış üçün təqdim olunan sənədlərin keyfiyyəti (məzmunu və ədəbi şərhi);

 

yayım şəbəkəsində mədəni-maarifləndirici proqramların miqdarı və həcmi (%-lə), onların müxtəlifliyi;

 

ümumi yayımda yerli teleradio istehsalı olan məhsulların üstünlük təşkil etməsi (%-lə);

 

yayımın əhatə etdiyi ərazidə yaşayan əhalinin həyat fəaliyyəti və yerli xarakterli hadisələrin əks etdirilməsi;

 

dövlət dilinə olan tələblərə ciddi riayət etməklə proqramların dövlət dilində yayımına və onun istifadə edilməsi məsələsinə daha çox üstünlük verilməsi;

 

söz azadlığı və plüralizm prinsiplərinə dönmədən əməl edilməsi;

 

mərhəmət, insanpərvərlik, namus, vicdan, dostluq, tarixi keçmişə hörmətlə yanaşmaq, vətənə və torpağa məhəbbət, ətraf mühitin qorunması kimi ümumbəşəri dəyərlərin təbliğ edilməsi;

 

mədəni, yaradıcı, tərbiyəvi, mənəvi-etik xarakterli və s. sosial yönümlü verilişlərin yayımlanması;

 

ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması sahəsində xalqımızın mübarizəsinin mütəmadi olaraq əks etdirilməsi;

 

milli azlıqların hüquqlarına hörmətlə yanaşılması;

 

milli azlıqların mədəniyyətinin və unversal mədəniyyətin təbliğ edilməsi;

 

demokratik dəyərlərin, hüquqi biliklərin və sağlam həyat tərzinin təbliğ edilməsi;

 

uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün təhsil və tərbiyəvi verilişlərin hazırlanması;

 

gənclik mövzusunda: peşə hazırlığı, sağlam həyat tərzi və cinsi tərbiyə sahəsində verilişlərin mütəmadi olaraq yayımlanması;

 

zorakılığın, cinayətkarlığın, qəddarlığın, fahişəliyin, narkotik maddələrdən istifadə edilməsinin qarşısının alınması sahəsində təbliğat yönümlü verilişlərin ardıcıl olaraq verilməsi;

 

pornoqrafik materialların yayımının qarşısının alınması, uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün erotikanı və qəddarlığı əks etdirən proqramların yayımının müəyyən olunmuş qaydada məhdudlaşdırılması;

 

proqram konsepsiyasının səmərəli şəkildə həyata keçirmək üçün teleradio yayımı sahəsində təcrübənin və yaradıcı kadr potensialının mövcud olması;

 

yayımın həyata keçirilməsi məqsədilə zəruri müasir texniki və maliyyə vəsaitlərinin mövcud olması;

 

müasir teleradio texnologiyalarının tətbiq edilməsi;

 

lisenziyanın əldə edilməsi üçün təqdim edilmiş sənədlərin müsabiqənin şərtlərinə uyğun olması;

 

digər yayımçılar tərəfindən yayımlanması mümkün olmayan proqram, veriliş və mövzuların nümayiş etdirilməsi;

 

Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi şəkildə riayət edilməsi və qüsursuz reputasiyaya malik olması;

 

açıq dinləmələrin və digər müsabiqə prosedurlarının nəticələri.

 

4.8.Müsabiqənin qaliblərinin müəyyən edilməsi üzrə keçirilən iclasda iddiaçılar (və ya nümayəndələri) Şura üzvlərinin suallarına cavab və ya qoyulan suallar üzrə şifahi izahatlar verə bilərlər.

 

4.9.Müsabiqə başa çatdıqdan sonra iddiaçıların sənədlərinin əsli (əgər varsa) onlara qaytarılır.

 

4.10.Müsabiqə üçün təqdim edilmiş sənədlər geri qaytarılmır, müstəsna hallarda iddiaçının xahişinə əsasən sənədin bir nüsxəsi ona qaytarıla bilər.

 

4.11.İddiaçının müsabiqədə iştirak etmək üçün verdiyi birdəfəlik ödəniş geri qaytarılmır.

 

4.12.Birdəfəlik ödəniş iddiaçının müsabiqədə iştirak etməkdən imtina etdiyi və ya Qaydalarda göstərilmiş tələblərə cavab vermədiyinə görə Şura tərəfindən ərizəyə baxılmaqdan imtina edildiyi hallarda da geri qaytarılmır.

 

4.13.İddiaçı müsabiqənin nəticələrinə görə qalib gəldikdən sonra onun Şuraya təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar və ya digər qanun pozuntuları aşkar edildiyi hallarda Şura müsabiqənin nəticələrini ləğv etmək, lisenziyanı məhkəmə qaydasında geri almaq və yeni müsabiqə elan etmək hüququna malikdir. Bu müddəa müsabiqəsiz lisenziya alan teleradio yayımçılarına da aiddir.

 

4.14.Müsabiqənin nəticələrinə görə qalib hesab edilən iddiaçı və ya müsabiqəsiz lisenziya almaq hüququna malik olan iddiaçı lisenziya üzrə fəaliyyətə başlandığı gündən gec olmayaraq lisenziyanı almalıdır.

 

4.15.Müsabiqənin nəticələrinə görə qalib hesab edilən iddiaçı və ya müsabiqəsiz lisenziya almaq hüququna malik olan iddiaçı müəyyən olunmuş vaxta qədər lisenziyanı Şuradan götürmədiyi halda Şura müsabiqəsiz lisenziya verilməsini və ya müsabiqənin nəticələrini ləğv edə bilər. Müsabiqə nəticələri ləğv edildikdən sonra yeni müsabiqə elan edilməlidir.

 

4.16.Lisenziyada aşağıdakı məlumatlar göstərilməlidir:

 

teleradio yayımçısının adı, təşkilati-hüquqi forması və olduğu yer;

 

yayımın növü (televiziya yayımı, radio yayımı, əlavə yayım və s.);

 

yayım üsulu (kabelli, peyk vasitəsilə, internet, efir-kabel və s.);

 

yayım zonası;

 

teleradio yayımının efirə çıxacağı vaxt;

 

lisenziyanın qüvvədə olma müddəti;

 

lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

 

teleradio yayımının tezliyi və bu tezlikdə teleradio proqramını yayımlayan ötürücünün gücü;

 

ötürücünün yerləşdiyi yer;

 

nəzərdə tutulan auditoriya;

 

teleradio yayımının dili (dilləri);

 

teleradio yayımının dövriliyi (həcmi);

 

yayımın başlama tarixi;

 

lisenziyanın qayda və şərtlərinin pozulduğu halda yayımçının məsuliyyəti.

 

4.17. Lisenziyalar Şuranın sədri tərəfindən imzalanmalıdır.

 

5.LISENZIYA FƏALIYYƏTI ÜÇÜN ŞƏRTLƏR, LISENZIYA SAHIBININ HÜQUQ VƏ VƏZIFƏLƏRI

 

5.1.Lisenziyanın sahibi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, "Televiziya və radio yayımı haqqında" Qanuna, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və sazişlərə, Şuranın qərarlarına və verilmiş lisenziyanın şərtlərinə istinad etməlidir.

 

5.2.Lisenziya sahibinin aşağıdakı hüquqları var:

 

lisenziyada göstərilən şərtlər daxilində fəaliyyət göstərmək;

 

bu Qaydalarda göstərilmiş prosedura müvafiq surətdə Şura tərəfindən lisenziyanın verilməsindən, lisenziyanın müddətinin uzadılmasından imtina edilməsi və yaxud cərimə sanksiyalarının tətbiq edilməsi barədə Şuranın qərarlarından şikayət vermək;

 

Şuraya xahiş və təkliflərlə müraciət etmək.

 

5.3.Lisenziya sahibinin aşağıdakı vəzifələri var:

 

yayım sahəsində lisenziyada göstərilmiş şərtlər daxilində fəaliyyət göstərmək;

 

lisenziyanın qüvvədə olduğu müddət ərzində yayım fəaliyyəti ilə məşğul olmaq;

yayım fəaliyyətini lisenziyada göstərilmiş ərazidə həyata keçirmək;

 

Şuranı yayım fəaliyyəti ilə bağlı informasiya ilə müntəzəm olaraq təmin etmək;

 

Şuraya müəyyən olunmuş qayda üzrə statistik hesabat sənədlərini təqdim etmək;

 

yayım fəaliyyətinə yalnız peşə bacarığı olan şəxslərin cəlb edilməsini təmin etmək;

 

lisenziyanın müddəti bitdikdən və ya lisenziyanın qüvvəsinə xitam verildikdən sonra lisenziyanın əslini (və ya dublikatını) Şuraya qaytarmaq.

 

5.4.Lisenziyanın sahibi lisenziyadan istifadə hüququnu heç bir halda üçüncü şəxsə verməməlidir.

 

5.5.Lisenziyadan istifadə şərtlərini pozan yayımçılar mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

6.LISENZIYANIN MÜDDƏTININ UZADILMASI QAYDALARI

 

6.1.Lisenziyanın müddətini uzatmaq istəyən lisenziya sahibi lisenziyanın qüvvədə olma müddətinin bitməsinə 3 ay qalmış, lakin 1 aydan gec olmayaraq Şuraya aşağıdakı sənədləri təqdim etməlidir:

 

lisenziyanın müddətinin uzadılması haqqında ərizə;

 

teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunması barədə müvafiq icra hakimiyyətinin rəyi;

 

lisenziyanın müddətinin uzadılması üçün birdəfəlik ödəniş haqqında sənəd.

 

6.2.Ərizəyə bu Qaydaların 3.7. və 3.8. bəndlərində göstərilən sənədlər əlavə edilməlidir.

 

6.3.Lisenziyanın müddətinin uzadılması üçün ərizə dövlət dilində tərtib olunmalıdır. Bütün səhifələr nömrələnməli və möhürlənməlidir.

 

6.4.Ərizəni qəbul etdikdən sonra Şura onu qeydiyyata almalı və bütün təqdim edilən sənədlərin tam olmasını və onlarda əks etdirilən məlumatların həqiqətə uyğunluğunu yoxlamalıdır. Sənədlərin tam olmadığı və yaxud yanlış tərtib edildiyi hallarda, Şura tərəfindən bu barədə ərizəçiyə yazılı məlumat verilməlidir.

 

6.5.Ərizəçi nöqsanları aradan qaldırdıqdan sonra sənədləri yenidən Şuraya təqdim etmək hüququna malikdir.

 

6.6.Lisenziyanın müddətinin uzadılması və ya imtina edilməsi haqqında Şuranın qərarları ərizələrin sonuncu qeydiyyat günündən ən geci 15 gün müddətinədək Şuranın iclasında verilməlidir.

 

6.7.Lisenziyanın müddətinin uzadılması üzrə Şura iclasının prosedur qaydaları 4-cü bölmədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

6.8.Şura aşağıdakı hallarda lisenziyanın müddətinin uzadılmasından imtina edə bilər:

 

iddiaçı lisenziya üçün zəruri olan bütün sənədləri təqdim etmədikdə və ya təqdim olunan sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə cavab vermədikdə, yaxud onlar yanlış tərtib edildikdə;

 

iddiaçı təqdim etdiyi sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar verdikdə;

 

lisenziyanın sahibi yayımı həyata keçirərkən mövcud qanunvericiliyin tələblərini, yaxud lisenziyanın şərtlərini pozduqda və ya yerinə yetirməyə müvəffəq olmadıqda;

 

teleradio yayımı sahəsində inhisarçılığın qarşısının alınması ilə bağlı bu Qanundan və digər qanunvericilik aktlarından irəli gələn tələblərə əməl olunmaması barədə müvafiq icra hakimiyyətinin rəyi olduqda;

 

lisenziyanın müddətinin uzadılması məqsədilə müəyyən edilmiş birdəfəlik ödəniş barədə sənədi Şuraya təqdim edə bilmədikdə;

 

Şuranın qərarlarını və sahəvi aktlarının tələblərini pozduqda.

 

6.9.Lisenziyanın müddətinin uzadılmasından imtina edilməsi haqqında Şuranın qərarından sonra 3 gün ərzində imtinanın səbəbləri haqqında ərizəçiyə məktub göndərilməlidir.

 

6.10.Lisenziyanın müddətinin uzadılması üçün müəyyən edilmiş birdəfəlik ödəniş geri qaytarılmır.

 

 

XUSUSI QAYDALAR

Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli 3 saylı iclas qərarı ilə təsdiq edilmişdir

 

Bu Qaydalar "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11.5.3.-cü və 33-cü maddələrinə, "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.16.-cı bəndinə uyğun olaraq hazırlanmışdır və uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan proqramlar üçün vahid standartlar müəyyən edir.

 

Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramlar və səhnələr - uşaqlar və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqram və səhnələrin müəyyən vaxtda qadağan olunması.

 

Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların və səhnələrın saat 7.00-dan saat 23.00-dək yayımlanmasına yol verilmir.

 

I. PROQRAMLAR ÜÇÜN NƏZƏRDƏ TUTULAN TƏLƏBLƏR

 

1.Uşaqların və yetkinlik yaşına çatmayanların maraqlarının qorunması məqsədilə teleradio yayımçıları aşağıdakı tələblərə əməl etməlidirlər:

 

1.1.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anonsunda, eləcə də, yayımdan əvvəl bu barədə mütləq məlumat verilməlidir.

 

1.2.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasının qadağan edildiyini bildirən xüsusi simvollar, yazılar yaxud proqramların xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır.

 

1.3.Yayımlanacaq verilişlərin nəşr və elan edildiyi proqramlarda göstərilmə vaxtı məhdudlaşdırılmış yayımlar xüsusi işarələrlə (kodlarla, simvollarla) təmin olunmalıdır.

 

II.GÖSTƏRILMƏ VAXTI MƏHDUDLAŞDIRILMIŞ PROQRAMLAR VƏ SƏHNƏLƏR

 

2.Göstərilmə vaxtı məhdudlaşdırılmış proqram və səhnələrə aşağıdakılar aid edilir:

 

2.1.Əsas sujet xətti qəddarlıq və zorakılıq səhnələri ilə müşayiət olunan filmlər:

 

Fiziki və ya psixi zorakılığın təsvirinin, sadizmin, vandalizmin və ya digər qəddarlıq səhnələrinin, əzab və xəsarət yetirmənin, şikəst edilmənin, ölmüş və ya qəddarlıqla öldürülmüş insan cəsədinin nümayiş etdirilməsinin ətraflı təsvir olunduğu filmlər;

 

2.2.Qorxu və dəhşət filmləri:

 

Okkult rituallarının, bəzi mistik təlimlərin, spiritizmin, qorxulu və dəhşətli məxluqların istifadə edildiyi səhnələrin olduğu filmlər;

 

2.3.Tibbi əhəmiyyət kəsb edən, lakin insan psixikasına mənfi təsir edə bilən tibbi əməliyyatların açıq şəkildə göstərilməsi;

 

2.4.Hipnoz səhnələrinin təsviri, efir vasitəsilə hipnoz etmə;

 

2.5.Kriminal fəaliyyəti özündə əks etdirən təsvirlərin, özünə sui-qəsd, intihar, özünü şikəstetmə səhnələrinin və onların üsul və vasitələrinin ətraflı göstərildiyi bədii filmlər və proqramlar;

 

2.6.Ölmüş və ya qəddarlıqla öldürülmüş insan cəsədinin ətraflı şəkildə nümayiş etdirildiyi informasiya xəbərləri;

 

2.7.Erotik filmlər və proqramlar;

 

Şəhvət hissinin oyadılması, cinsi əlaqə aktının nümayişi və ya digər seksual təminolunmaların, seksual mənsubiyyətin göstərildiyi film və proqramlar və seksual münasibətlərdən bəhs edən söhbətlər;

 

2.8.Ədəbsiz ifadələrdən, sözlərdən və jestlərdən istifadə edilən tamaşalar və filmlər;

 

* Qeyd: Aşağıdakı audiovizual informasiyalar uşaqlara və yetkinlik yaşına çatmayanlara fiziki, əqli və mənəvi ziyan vura bilən kateqoriyalara aid edilmir:

 

hadisələrə, siyasi, sosial, dini məsələlərə həsr edildikdə və yalnız məlumat xarakteri daşıdıqda;

 

elm, incəsənət, həmçinin tədqiqat və təhsillə bağlı mühüm məlumatlara malik olduqda;

 

audiovizual informasiyanın yayımlanmasında ictimai maraqlar olduqda.

 

III. MƏSULIYYƏT

 

3.1.Bu Qaydaların teleradio yayımçıları tərəfindən pozulduğu və onlara riayət edilmədiyi təqdirdə Milli Televiziya və Radio Şurası aşağıdakı tədbirləri həyata keçirir:

 

3.1.1.uşaqlara və yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərən audiovizual informasiyalardan qorunmaq üçün teleradio yayımçılarını özünütənzimləməyə əsaslanmış könüllü öhdəliklər götürməyə sövq edir;

 

3.1.2.bu Qaydaların pozulması və onlara riayət edilməməsinə dair məlumatları (iddiaları) yoxlayır.

 

3.2.Yayımlanan audiovizual informasiyalarda yuxarıda qeyd olunan hallardan ən azı birinin qeydə alındığı halda Şura tərəfindən teleradio yayımçılarına qarşı aşağıdakı sanksiyalar tətbiq edilir:

 

3.2.1.xəbərdarlıq edilir və bu barədə ictimaiyyətə məlumat verilir;

 

3.2.2.cərimə sanksiyaları tətbiq edilir;

 

3.2.3.xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti olaraq məhkəmə qaydasında dayandırılması barədə qərar qəbul edilir;

 

3.2.4.xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qaydasında iddia qaldırılır.

 

TEXNIKI TEMIR QAYDRadioyayım vasitələrinin texniki istismar qaydaları – rəhbərlikedici və istiqamətləndirici sənəd olaraq Milli Televiziya və Radio Şurası tərəfindən hazırlanmışdır. Texniki istismar qaydaları iki hissədən ibarətdir. Birinci hissədə səsyazma avadanlığı və radioyayım qurğularına qoyulan tələblər, radioməhsulların istehsalı, qorunması və yayımı zamanı redaksiya personalının, növbəli və növbədənkənar texniki personalın vəzifələri, profilaktika, cari, orta və əsaslı təmirin aparılması zamanı yerinə yetiriləcək işlər, bu işlərin sənədləşməsi haqqında məlumatlar öz əksini tapmışdır. Burada həm də təmir, profilaktika və istismar zamanı istifadə olunan avadanlıqlara qoyulan tələblər haqqında məlumat verilir.

 

İkinci hissə radioməhsulların istehsalı, yayımı üçün istifadə olunan avadanlığın, bu avadanlıqlar vasitəsilə canlandırılan, yayımlanan siqnalların parametrlərinin ölçülməsinə həsr olunmuşdur. Ölçmə zamanı istifadə olunan cihazlar, onların qoşulmasını göstərən struktur sxemlər göstərilmiş, bu sxemlərin iş prinsipi, ölçmədən alınmış nəticələrin işlənmə qaydaları izah olunmuşdur.

 

GİRİŞ

 

Azərbaycan Respublikası ərazisində müxtəlif tip radioyayım vericiləri istifadə olunmaqdadır və radioyayım üçün istifadə olunan tezlik diapazonları beynəlxalq normalara uyğunlaşdırılmışdır. Bu isə imkan verir ki, radioyayımın texniki istismar qaydaları da beynəlxalq standartlara uyğunlaşdırılsın. Ona görə də bu qaydalar tərtib olunan zaman bir çox ölkələrin oxşar vəsaitlərindən istifadə olunmuşdur.

Texniki istismar qaydalarının birinci hissəsində radioyayım, səsyazma və canlandırma vasitələrinə, fonoqramların qorunması və bərpası avadanlığına və otaqlara qoyulan əsas tələbatlar, işçi personalın öhdəsinə düşən vəzifələr izah olunmuşdur.

 

Tezlik modulyasiyalı radioyayımın daha keyfiyyətli olduğunu və ona görə də bu tip yayımın daha geniş yayıldığını nəzərə alaraq, kitabda bu modulyasiyalı radiovericilərin parametrlərinin ölçülməsi və təhlilinə daha geniş yer verilmişdir.

 

Qeyd etmək lazımdır ki, UQD-TM radiovericiləri ilə televiziya yayımının səs vericiləri arasında prinsipial fərq yoxdur. Ona görə də UQD-TM vericilərinin parametr-lərinin ölçülməsi haqqında yazılanlar TV səs vericiləri üçün də doğrudur. Yalnız təsvir vericisinin səs vericisində yaratdığı spesifik təhriflər istisnalıq təşkil edir. Vəsaitdə bu tip təhriflərin ölçülməsi öz əksini tapsa da, elə oradaca həmin ölçmənin TV səs vericisinə aid olduğu qeyd olunur.

 

Vəsaitin olması imkan verir ki, bütün radioyayım şirkətləri eyni bir standart üzrə işləsin. Bu həm də səsyazma avadanlığının, fonoteka otaqlarının normaya uyğun fəaliyyət göstərməsinə şərait yaradır.

 

I HISSƏ. RADİOMƏHSULLARIN İSTEHSALI, İŞLƏNMƏSİ, QORUNMASI. İSTİFADƏ OLUNAN TEXNİKİ VASİTƏLƏRƏ QOYULAN TƏLƏBLƏR

 

1.İstifadə olunduğu sahə

 

Radioyayım vasitələrinin (RYV) texniki-istismar qaydaları (TİQ) aşağıdakı fiziki və ya hüquqi şəxslərə şamil olunur:

 

özəl, dövlət-özəl və ictimai radioyayım şirkətlərinə;

 

radioyayımı üçün audiomateriallar hazırlayan təşkilatlara.

 

Bu təlimatla müəyyən olunur:

 

radioyayım materiallarının hazırlanması, formalaşdırılması və buraxılışı üçün istifadə olunan texnoloji avadanlığın istismarı qaydaları;

 

radioyayım verilişlərinin və səsyazmanın hazırlanması, istehsalı və həyata keçirilməsinin əsas prinsipləri;

 

radioyayım vasitələrinin texniki istismarı zamanı işçi personalın qarşılıqlı münasibətləri.

 

Texniki–istismar qaydaları tətbiq ounur:

 

radioyayım materiallarının istehsalında;

 

radioverilişlərin hazırlanması və yayımında;

 

təmir və profilaktika işlərində;

 

texniki vasitələrin parametrlərinin ölçülməsi və nəzarətində;

 

texniki bazanın təkmilləşdirilməsində.

 

RYV-nin TİQ-i beynəlxalq sənədlərə əsasən tərtib olunmuşdur və radioyayımın həyata keçirilməsi zamanı bu normativ sənədlərə əməl olunması vacib sayılır.

 

2.Əsas terminlər

 

Səs prosessoru – siqnalı işləyən qurğu.

 

Sifarişçi – radioproqramlarının (verilişlərinin) hazırlanması və yayımı, həmçinin ayr-ayrı radioyayım materiallarının yaradılması üçün texniki xidmətlərdən istifadə edən yayım təşkilatı və ya hüquqi şəxs.

 

Rəqəmləşdirmə – analoq siqnalının rəqəmli siqnala çevrilməsi.

 

Növbəli personal – efir yayımı və səsyazmanı bilavasitə həyata keçirən şəxs.

 

Növbədənkənar personal – nəzarət-profilaktika və təmir işlərini həyata keçirən şəxs.

 

Birbaşa efir – ilkin səsyazma olmadan real zaman müddətində efirdə iş.

 

Radiomaterial (radioməhsul) – radioproqramın ayrıca buraxılışı, proqramın audioyazısının tirajı və ya tirajının bir hissəsi.

 

Siqnaloqram – yazılmış informasiyanın siqnalını saxlayan yazı daşıyıcısı.

 

Fonoqram – səsyazma nəticəsində alınmış siqnaloqram.

 

Telefon hibridi – telefon xəttini qoşan qurğu.

 

Proqramların formalaşdırıcı qurğusu – yazılmış informasiyanın canlandırılması qurğusunun və ya mikrofon gücləndiricisinin girişindən efir aparatının çıxışına qədər olan elektriki sxem.

 

3.Ümumi müddəalar

 

3.1.Radioməhsulların yüksək texniki keyfiyyətlə buraxılışı və istehsalı zamanı radioyayım müəssisələrinin personalının və texniki vasitələrinin fasiləsiz və dəqiq işlənməsini təmin etmək aşağıdakılarla əldə olunur:

 

istehsalın düzgün təşkil edilməsilə;

 

texnologiyanın tələblərinə əməl olunması ilə;

 

texnoloji avadanlıqlara kvalifikasiyalı (peşəkar) xidmət və istifadə ilə;

 

texniki təhlükəsizlik qaydalarına (TTQ) və yanğın təhlükəsizliyi qaydalarına (YTQ) riayət etməklə;

 

Avadanlıqlara kvalifikasiyalı (peşəkar) xidmət onun parametrlərinin vaxtlı-vaxtında DÜİST-ə, digər normativ sənədlərə uyğunluğunun yoxlanmasını və eləcə də texniki baxışları (nəzarəti) və avadanlıqların təmirini özündə təcəssüm etdirir.

 

3.2.Radioyayımın texniki vasitələrinin istismar qaydaları aşağıdakıları nəzərdə tutur:

radioyayımın və səsyazmanın texniki vasitələrinin istismarını;

texnoloji avadanlığın qüvvədə olan normativ sənədlərə uyğun olaraq keyfiyyət göstəricilərinə qoyulan texniki-istismar normalarını;

radioyay

Daha Ətaflı

cəmi səs 19738390

 

" QEYDƏ ALINMIŞDIR"

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

 

Qeydiyyat

Daha Ətaflı

cəmi səs 19738390

 

Banklar haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

M a d d ə 1 . Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.

Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Bank olmayan kredit təşkilatı - öz vəsaiti və / və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Bank lisenziyası - bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.

Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.

Banka aidiyyəti olan şəxslər - bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.

Banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslər - aralarında bağladıqları müqavilə əsasında banka aidiyyəti olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti olan şəxsin nümayəndəsi.

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.

"Yerli" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.

"Xarici" sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür.

"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır.

"Məqbul və lazımi keyfiyyətlərə malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan, habelə ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;

"Vətəndaş qüsursuzluğu" dedikdə, mühüm iştirak payının sahibləri, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür.

"Prudensial" - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.

Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir.

M a d d ə 2 . Bank sistemi və onun hüquqi əsasları

2.1. Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Milli Bankından (bundan sonra mətndə - Milli Bank) və kredit təşkilatlarından ibarətdir.

2.2. Milli Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunları, Milli Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.

2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.

M a d d ə 3 . Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar

3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər.

3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.

3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Milli Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Milli Bank tərəfindən müəyyən edilir.

3.5. Milli Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.

M a d d ə 4 . Bankın adı

4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada "bank" sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.

4.2. "Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında "bank" sözünün ("bank" sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.

4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının, şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında göstərilməlidir.

4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına "ləğv prosesində olan" sözləri əlavə edilir.

4.5. Bankın adında "Azərbaycan Respublikası", "dövlət", "milli" sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.

4.6. Banklar eyni addan istifadə edə bilməz.

M a d d ə 5 . Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı

5.1. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti Milli Bank tərəfindən müəyyən edilir.

5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi şəxslərin yerli banklarda iştirakına Milli Bank tərəfindən limit müəyyən edilir.

5.3. Milli Bank xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılıqlılıq əsasında və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı ala bilər. Milli Bank xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın məxfiliyini təmin etməklə həyata keçirə bilər. Bu məqsədlə Milli Bank xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.

5.4. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı Milli Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.

 

II fəsil

BANK FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN

LİSENZİYA VƏ İCAZƏLƏRİN VERİLMƏSİ

 

M a d d ə 6 . Bank lisenziyaları və icazələr

6.1. Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.

6.3. Milli Bank verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər.

Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik deyildir.

M a d d ə 7 . Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət

7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Milli Bank bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir.

7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.

M a d d ə 8 . Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları

8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

8.1.1. bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və

8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:

8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:

8.2.1.1. həmin sahib hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

8.2.1.2. həmin sahib xarici hüquqi şəxs olduqda - bu Qanunun 8.2.1.1-ci maddəsində sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

8.2.1.3. həmin sahib fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və vətəndaşlığım, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarmı, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;

8.2.1.4. həmin sahib əcnəbi olduqda - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;

8.2.2. Bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

8.2.3. Bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

8.2.5. Bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.6. Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın nizamnaməsi;

8.2.7. Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;

8.2.8. Bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər;

8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.

8.3. Milli Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Milli Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

8.4. Milli Bank ilkin müraciəti bu Qanunun 8.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.

8.5. Milli Bankın ilkin müraciətə müsbət baxılması haqqında qərarında aşağıdakılar göstərilir:

8.5.1. bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.

8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;

8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair tədbirlər;

8.6. Milli Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.

8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Milli Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.

8.8. Milli Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.

8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.

8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:

8.10.1. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;

8.10.2. bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarının surəti;

8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Milli Bankın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);

8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;

8.10.5. bankın korporativ idarəetmə sistemlərinin, 0 cümlədən idarəetmə orqanlarının formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər;

8.10.6. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən bank sənədi.

8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.

M a d d ə 9 . Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması

9.1. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.

9.2. Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

9.2.1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və

9.2.2. dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:

9.3.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;

9.3.3. əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

9.3.4. təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

9.3.6. filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;

9.3.7. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;

9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;

9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

M a d d ə 10. İnzibatçılara dair tələblər

10.1. Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.

10.2. Aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər:

10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər üç il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);

10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Milli Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);

10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;

10.2.4. bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;

10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər;

10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;

10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi üçün - başqa banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);

10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs – onun əri/ arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);

10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).

10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş təcrübəsinin olması;

10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və filiallarının rəhbərləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;

10.3.3. bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir;

10.3.4. bank şöbəsinin inzibatçısı üçün - ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti sahəsində 6 aylıq iş stajının olması.

10.4. Bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Milli Banka yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Milli Bank bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməli,

bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların attestasiya vaxtını təyin etməlidir. Bu müddətdə müraciətçiyə bildiriş göndərilməzsə, inzibatçının namizədliyinə müsbət baxılmış hesab olunur.

İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanımla müəyyən edilmiş tələblərə cavab vermədikdə Milli Bank onların dəyişdirilməsini tələb edə bilər.

Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri Milli Bankda attestasiyadan keçirlər. Bu təyinatlara Milli Bankın müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlaya bilərlər.

Attestasiyanın keçirilməsi qaydalarını Milli Bank müəyyən edir.

10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.

M a d d ə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına icazələrin alınması

11.1. Milli Bankın icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz.

11.2. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

11.3. Yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün Milli Banka yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

11.3.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;

11.3.2. filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və xarici nümayəndəliyin ünvanı, bank fəaliyyət növləri (yalnız filiallar üçün), inzibatçıların səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;

11.3.3. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-plan;

11.3.4. filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;

11.3.5. filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

11.4. Milli Bank müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Milli Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Milli Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

11.4. Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində Milli Bank müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank qəbul etdiyi qərarı banka göndərir. Milli Bank müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında Milli Bankın qərarında onların əsasları göstərilməlidir.

11.5. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildik

Daha Ətaflı

cəmi səs 19738390

İslam məntiqinə görə, bayram – o gün deyil ki, insan həmin gündə günah etsin, o gün deyil ki, içki içilsin. İslam məntiqində o gün bayramdır ki, həmin gün insan Allah dərgahında özünü tamamilə təslim edə bilsin. Həzrət Əli (ə) buyurub: “Hansı gün ki, insan günah etmədi, o gün onun bayramıdır”.

Daha Ətaflı

cəmi səs 19738390

 

5 Dəqiqədə makiyaj etməyin sirri

 

Qadınların bir çoxu kafi zamanları olmadığı üçün makiyaj etmədiklərini söyləyirlər.. 80-cı illərdə edilən ağır makiyajlar üçün bu etibarlı ola bilər. Ancaq vəziyyəti bu günün trendlərinə baxaraq qiymətləndirsək, artıq makiyaj etmək üçün bir iki saata ehtiyacınız yox. çox daha təzələnilmiş və gözəl görünmənizi təmin edəcək təbii görünüşlü makiyajlar indiki vaxtda çox daha çox bəyənilir.

 

 

 

Fondöten ve pudra

Makiyajda ilk addım təmiz dərinizə nəmləndiricinizi sürdükdən sonra fondöteninizi tətbiq etmək. xüsusilə isti yay günlərində fondöten istifadə etmək istəmirsinizsə, göz altlarınıza ya da üzünüzdə bağlamaq istədiyiniz hər hansı bir iz varsa, bağlayıcı tətbiq edə bilər və üzərinə də pudranızı çəkə bilərsiniz. Bu əməliyyat cəmi 2 dəqiqənizi alacaq.

 

 

 

 

Ənlik

İlk addımı tamamladıqdan sonra üzünüzə yüngül rəng vermək üçün şaftalı ya da çəhrayı tonlarında ənlik tətbiq edin. İstəsəniz mövsümün debi olan qızıl parıltıları daşıyan bürünc tonlarda ənlikləri da seçim edə bilərsiniz. Bu əməliyyat ən çox 30 saniyənizi alacaq,

 

 

 

Gözlər

İndi sıra gözlərinizdə! Digər iki addımı tamamladıqdan sonra təxminən iki yarım dəqiqəniz qalır. Bu müddət içində rahat rahat göz makiyajınızı edə bilərsiniz. Təbii tonlarda bir göz farasını göz qapağınıza və üst bölgəyə əsas olaraq tətbiq edin. Daha sonra gözlərinə yüngül işıltı vermək üçün göz qapağınızın üzərinə qızıl ya da mis tonlarında yüngül fara tətbiq edin. Daha sonra göz qələminiz gözünüzün üst qisiminə çox qalın olmadan qələm çəkin və kirpik üçün tuşunuzu sürün. Bu əməliyyatlar ən çox iki dəqiqənizi alacaq .

 

 

 

Dodaqlar

Geriyə ən son və asan addım qalır; dodaq boyası sürtmək. Bunun üçün təbii makiyajınıza yaraşan, dodağınızın rəngindən bir iki ton daha tünd bir dodaq boyası ya da yüngül rəngli bir parladıcı seçim edə bilərsiniz. Bu əməliyyatı etmək üçün əlinizdə qalan 30 saniyədən çox daha azına ehtiyacınız olacaq.

 

Artıq hazırsınız! Evdən özünüzü çox daha xoş və təzələnilmiş hiss edərək çıxacaqsınız və bu gözəl enerji bütün gününüzə əks olunacaq.

 

Bizdən söyləməsi...MAKIYAJLAR
MAKIYAJLAR
MAKIYAJLAR

 

Daha Ətaflı

cəmi səs 19738390

HORMETLI  OXUCULAR BIR ELANI NEZERINIZE CATDIRMAQ ISTEYIRIK.

 

 

www.hicrin.net               SAYTI SATILIR. SAYTLA MARAQLANANLAR (070)7981710 MOBIL NOMRESI ILE ELAQ SAXLAYA BILEIR

 

 

HORMETLE ADMIN NAZIM MAHMUD OGLU

Daha Ətaflı

cəmi səs 19738390

Poçta məktub gəlir .Üstündə ’’ŞAXTA BABA ’ ’ yazılıb.Poçt işçiləri məktubu açıb oxuyur:’’Əziz saxta baba .Mən Dimayam ,Şimalda yaşayıram.Qışda bura çox soyuqdur .Yeni ildə uşaqlar çöldə oynayır,mənsə oynaya bilmirəm .Çünki paltom,şərfim,əlcəyim,papağım yoxdur.Babacan,xahiş edirəm ,mümkünsə ,bunları mənə hədiyyə et. ’’Poçtdakı qadınlar kövrəlib ağlaşır və öz aralarında pul yığıb ,uşağa papaq ,şərf ,palto alırlar.Bircə əlcək almağa pulları çatmır.Bağlamanı ünvana göndərirlər.2 ay sonra yenə Dimadan şaxta babaya məktub gəlir: ’’Çox sağ ol babacan .Hədiyyəni aldım.bircə əlcəklər yox idi .Eybi yox ,yəqin poçtdakı arvadlar çırpışdırıb.Ac gözlər,haramları olsun. ’’ :-))

Daha Ətaflı

cəmi səs 19738390

   31 Dekabr ogul anasına deyir:

-Ana gəl saat on ikinin yarısı qışqıraq Yeni il Yeni iil .

 Anası təəccüblə soruşur:

-Niyə oglum?

-Qoy qonşular elə bilsin ki, Yeni il birinci bizə gəlib :-))

Daha Ətaflı

cəmi səs 19738390

 Yeni ildə ata oglu ilə danışır:

 -Oglum sən artıq böyüksən bilməlisən ki,,şaxta baba yoxdu ,yalandı,uşaqları aldatmaq ücün uydurulmuş yalandı.O mən idim .

Oglu atasına:

 -Ata narahat olma mən bilirəmki o sən idin. Hətta məni bu evə gətirən ays-də sənsən :-))

Daha Ətaflı

KOMMUNAL VƏ HƏR NÖV ÖDƏMƏNİ BURADAN ET

XOCALI SOYQIRIMI
İstifadəçilər tərəfindən nəşr olunan xəbərlərə görə rəhbərlik hecbir məsuliyyət daşımır.

Diqqət!!! Diqqət!!!Bütün hüquqlar Melumat-Merkezi.Com saytının rəhbərliyi tərəfindən qorunur.

Saytda yerləşdirilən məlumatlardan istifadə edərkən Melumat-merkezi.com saytına istinad edilməsi və ya hiperlinkdən istifadə olunmasi vacibdir